...

İsrail ordusu Suriyada silah anbarına zərbələr endirib

Dünya xəbərləri Materials 4 Mart 2025 00:07 (UTC +04:00)
İsrail ordusu Suriyada silah anbarına zərbələr endirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin Qardahi yaşayış məntəqəsi yaxınlığındakı silah anbarına zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, həmin obyekt keçmiş prezident Bəşər Əsəd dövründə Suriya silahlı qüvvələrinin istifadə etdiyi silahların saxlanması üçün nəzərdə tutulub.

"Bir müddət əvvəl İsrail Müdafiə Ordusu Suriyanın Qardahi bölgəsində əvvəlki Suriya rejiminə məxsus silahların saxlandığı hərbi obyektə zərbələr endirib", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti