Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp nüvə silahını bəşəriyyət üçün əsas təhlükə adlandırıb.
Trend xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.
"Ən böyük təhlükə müxtəlif ölkələrdə yerləşir - bu nüvə silahlarıdır", - deyə Tramp bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ lideri qeyd etmişdi ki, Ağ Ev administrasiyası Rusiya və Çinlə nüvəsizləşdirmə üzrə danışıqlar aparmaq istəyir.