...

Ukrayna müharibəsi 3-cü dünya müharibəsinə yol aça bilər - Tramp

Dünya xəbərləri Materials 15 Mart 2025 16:37 (UTC +04:00)
Ukrayna müharibəsi 3-cü dünya müharibəsinə yol aça bilər - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndi vəziyyət əvvəlkindən daha yaxşı olsa belə, Ukraynadakı münaqişə üçüncü dünya müharibəsinə yol aça bilər.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyində etdiyi çıxış zamanı bildirib.

“Sözün düzü, bəxtimiz gətirib ki, biz hələ burdayıq. Mənə elə gəlir ki, bizdə hər şey alınacaq, amma Ukrayna münaqişəsi asanlıqla Üçüncü Dünya Müharibəsinə çevrilə bilər”, - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, belə bir ssenaridə baş verə biləcək qlobal müharibə nüvə silahları və digər müasir hərbi vasitələrdən istifadə baxımından öncəki heç bir müharibəyə bənzəməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti