...

Latviya-Belarus sərhədində nəqliyyatın hərəkəti dayandırılıb

Dünya xəbərləri Materials 16 Mart 2025 20:35 (UTC +04:00)
Latviya-Belarus sərhədində nəqliyyatın hərəkəti dayandırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Latviya gömrükçüləri Bakı vaxtı ilə saat 15:00-dan etibarən "Qriqorovşina" keçid məntəqəsində nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.

Trend xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, həm Belarusa daxil olan, həm də ölkədən çıxan yük və sərnişin nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılıb. Keçid məntəqəsində xüsusi maneə sədləri qoyulub.

Hazırda sərhəd keçidində avtomobil növbələrinin olmadığı qeyd edilsə də, vəziyyətin dəyişə biləcəyi istisna edilmir.

Xəbər lenti

Xəbər lenti