...

Tramp ilə Zelenski arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 19 Mart 2025 21:18 (UTC +04:00)
Tramp ilə Zelenski arasında telefon danışığı olub

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə “çox yaxşı” telefon danışığının olduğunu deyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, söhbət bir saata yaxın davam edib və əsasən Trampın bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarına əsaslanıb.

Bundan əvvəl "Axios" portalı D. Trampın Rusiya ilə 30 günlük qismən atəşkəs haqqında razılığa gəlmək üçün Zelenski ilə danışıqlar apardığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti