...

İstanbul Bələdiyyə Sədri Ekrem İmamoğlunun qanunsuz əmlak əməliyyatları üzə çıxıb

Dünya xəbərləri Materials 21 Mart 2025 20:45 (UTC +04:00)
İstanbul Bələdiyyə Sədri Ekrem İmamoğlunun qanunsuz əmlak əməliyyatları üzə çıxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbul Bələdiyyə Sədri Ekrem İmamoğlunun qanunsuz əmlak əməliyyatları aşkar edilib.

Trend xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata əsasən, Ekrem İmamoğlunun adına müxtəlif yollarla əldə edilmiş çoxsaylı daşınmaz əmlak qeydiyyatdadır. Onun Balıkəsir, İstanbul-Beylikdüzü, Çanaqqala və Bayramiçidə 17 ədəd daşınmaz əmlak aldığı, bu əmlakları satış yolu ilə əldə etdiyi bildirilib. Həmçinin, Balıkəsir-Edremitdə yerləşən 5 ədəd daşınmaz əmlakın isə Həsən İmamoğlu adlı şəxsdən bağışlanma yolu ilə bələdiyyə sədrinin adına keçdiyi açıqlanıb.

İmamoğlunun 2020-2025-ci illər arasında müxtəlif tarixlərə aid ticarət fəaliyyətlərində fırıldaqçılıq halları aşkar edilib.

Xəbər lenti

Xəbər lenti