Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Makron türkiyəli həmkarını Ramazan bayramı münasibətilə təbrik edib və bayramın bütün İslam dünyası üçün xeyirli olmasını arzulayıb.