Bakı. Trend:
“Binəqədi Təmir Tikinti” və "Rabitə Quraşdırma" Açıq Səhmdar Cəmiyyətlərinə (ASC) yeni rəhbərlər təyin olunacaq.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı ASC-lərdə ümumi yığıncaq keçiriləcək.
Belə ki, “Binəqədi Təmir Tikinti” Açıq Səhmdar Cəmiyyəti səhmdarların növbəti ümumi yığıncağının 27 mart 2025-ci il tarixdə, saat 10:00-da Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 1288-ci məhəllə ünvanında keçiriləcəyini elan edib. Yığıncağın gündəliyi aşağıda qeyd olunub:
1. “Binəqədi Təmir Tikinti” ASC-nin 2024-cü ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi, illik hesabatlarının, maliyyə hesabatlarını təsdiq edilməsi, mənfəət və zərərinin bölüşdürülməsi;
2. “Binəqədi Təmir Tikinti” ASC-nin 2024-cü ilin yekununa dair müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlarına münasibət bildirilməsi;
3. “Binəqədi Təmir Tikinti” ASC-nin maliyyə vəziyyətinin müzakirə olunması; 4. “Binəqədi Təmir Tikinti” ASC-nin aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin müzakirəsi;
5. Cəmiyyətə yeni sədrin təyin olunması
6. Sair məsələlər.
“Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı yığıncaq “Binəqədi Təmir Tikinti” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1- ci mədən küçəsi, 1288-ci məhəllə ünvanında yerləşən ofisinə müraciət edə bilərlər və ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış ola bilərlər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, sözügedən ASC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 84 700 manat olan ASC-nin qanuni təmsilçisi Cəfərov Kamran Ələkbər oğludur.
Bundan başqa, "Rabitə Quraşdırma" ASC-yə də direktor təyin olunacaq.
Belə ki, ASC bununla bağlı səhmdarlarına müraciət ünvanlayıb. Bildirilib ki, 15 aprel 2025-ci il tarixdə "RABİTƏ QURAŞDIRMA" ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək. Gündəlikdə olan məsələlər belə müəyyənləşdirilib:
1.Direktorun təyin edilməsi
2.Səhmdarların siyahısında dəyişiklik edilməsi
Qeyd edək ki, sözügedən ASC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 13 152 manat olan ASC-nin qanuni təmsilçisi Dadaşov Əsəd Cəfər oğludur.