...

Qrenlandiya xarici işlər naziri Danimarka baş nazirinin səfərini yersiz adlandırıb

Dünya xəbərləri Materials 31 Mart 2025 21:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt Danimarka baş naziri Mette Frederiksenin adaya gözlənilən səfərini yersiz hesab edib. Nazir buna səbəb olaraq Qrenlandiyada yeni hökumətin hələ rəsmən təsdiqlənmədiyini göstərib.

Trend xəbər verir ki, bu barədə Sermitsiaq qəzeti yazır.

Motsfeldt Frederiksenin Qrenlandiya hökuməti formalaşmadan adaya gəlməsinin məntiqsiz olduğunu bildirib: “Xüsusən də onun özü əvvəllər oxşar halları tənqid etdiyi halda bu səfər yersiz görünür”, – deyə nazir vurğulayıb.

O, Danimarka baş nazirinin Qrenlandiyaya səfəri öncəsi Amerika nümayəndə heyətinin eyni şəraitdə adaya gəlişini tənqid etdiyini xatırladıb.

Motsfeldt əlavə edib ki, Frederiksen yalnız parlament toplaşdıqdan və yeni hökumət rəsmən təsdiqləndikdən sonra Qrenlandiyaya səfər etməlidir.

Xəbər lenti

Xəbər lenti