Bakı. Trend:
Filippinin Neqros adasında Kanlaon vulkanı püskürüb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, püskürmədən sonra səmaya 4 kilometr yüksəkliyə qədər qatı kül kütləsi qalxıb.
Yerli hökumət vulkanın belə aktivliyinə öncədən hazır olduqlarını və yaxınlıqdakı yaşayış məntəqəsinin sakinlərinin hələ ötən ilin sentyabr-dekabr aylarından təhlükəsiz ərazilərə təxliyə olunduqlarını bildirib.