Bakı. Trend:
Britaniya Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) ilin ən yaxşı video oyunlarını açıqlayıb.
Trend xəbər verir ki, BAFTA Games Awards 2025 mükafatlandırma mərasimində ən çox mükafat alan oyun “Astro Bot” olub.
Platforma oyunu janrında olan və balaca robotun sərgüzəşlərindən ibarət olan yüksək reytinqli oyun “İlin oyunu” , “Ən yaxşı oyun dizaynı” daxil olmaqla ümumilikdə 5 nominasiyada qalib gəlib.
Bundan başqa, “Metaphor: ReFantazio” ən yaxşı sujet nominasiyasında, “Balatro” isə ən yaxşı debüt nominasiyasında qalib gəlib.
“Vampire Survivors” oyunu “World of Warcraft” və “Final Fantasy” kimi franşizaları geridə qoyaraq “ən yaxşı yenilənmiş oyun” nominasiyasında laureat olub.