Bakı. Trend:
NATO-nun Avropadan olan üzv dövlətləri ABŞ rəhbərliyini öncədən xəbərdar etmədən ölkənin Avropadakı hərbi kontingentini kəskin şəkildə azaltmamağa çağırıb. Belə ki, bu cür ssenari NATO-nun müdafiəsinin destabilizasiyasına gətirib çıxara bilər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Avropadan olan mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı Vaşinqtonun hazırda Avropaya dislokasiya olunmuş 10-80 min arası hərbi qulluqçusunu geri qaytarıcağından ehtiyat edir.
Qeyd edilir ki, avropalı rəsmilərin dediyinə görə, “Tramp administrasiyasının yaratdığı xaos” ABŞ administrasiyasının onun NATO müttəfiqləri arasında hərbi əməliyyatlarla bağlı əlaqələndirməyə imkan verən bir sıra rabitə kanallarını alt-üst edib.
Qeyd edək ki, 2022-ci ilə qədər ABŞ-nin Avropa ərazisindəki hərbi kontingenti 65 minə yaxın idi. Ukrayna müharibəsinin başlamasından sonra, əvvəl onların sayı 85 min nəfərə, ardınca isə 100 min nəfərə çatdırılmışdı.