Bakı. Trend:
Türkiyə 2025-cü ilin mart ayında Özbəkistana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 32,9 faiz artaraq, 515 min 45 dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Özbəkistana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz artaraq, 1 milyon 732 min 9 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq, 691 min 398 dollara bərabər olub.
“Bu ilin mart ayında Türkiyə 234 min 490 dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 2 milyon 812 min 258 dollar məbləğində xalça ixrac edib.