...

Ən çox yeyilən balıqlardan olan bu növ yoxa çıxa bilər

Dünya xəbərləri Materials 12 Aprel 2025 04:44 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Buna qədər ekoloji baxımdan dayanıqlı hesab olunan Atlantik skumbriya ciddi təhlükə qarşısında qalıb. Ekspertlər əmin edirlər ki, həddən artıq tutulması ilə əlaqədar bu populyar balığın ehtiyatları kritik həddə çatıb.

Trend xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Dəniz Mühitinin Qorunması Cəmiyyətində (MCS) bildirirlər ki, 2009-cu ildən bəri bir sıra ölkələr — o cümlədən Norveç, İslandiya, Farer adaları və Böyük Britaniya — balıq ovuna dair tövsiyələri 5–80 faiz nisbətində pozurlar.

Son dörd il ərzində isə orta hesabla artıq ovlanma 39 faiz təşkil edib. MCS nümayəndəsi Elis Murun sözlərinə görə, hazırda balıq populyasiyasında sabit azalma müşahidə olunur.

Ekspert balıq ovuna məhdudiyyətlərin tətbiq olunmasını təklif edir. İnsanlara isə skumbriya əvəzinə siyənək və sardina yemək tövsiyə olunur. Restoranlara və supermarketlərə isə tor (balıq tutmaq üçün böyük tor şəklində alət) ilə tutulmuş skumbriyanın satışından imtina etmələri məsləhət görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti