...

109 yaşlı italyalı uzunömürlüyün sirrini bölüşüb

Dünya xəbərləri Materials 18 Aprel 2025 20:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İtaliyada 109 yaşını qeyd edən yerli sakin Mariya Dolores uzunömürlüyün sirrini bölüşüb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Mariya Dolores doğum gününü Leççe əyalətinin Kazarano kommunasında yerləşən qocalar evində qeyd edib. O, 1916-cı ildə Birinci Dünya Müharibəsi dövründə dünyaya gəlib, erkən yaşlarında ailəsini itirib.

Uzunömürlüyünün səbəblərindən söz açan Dolores iki məhsul adı çəkib ki, onları istənilən marketdən əldə etmək olar – portağal və şokolad.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti