Bakı. Trend:
Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin meri, Avropayönlü müstəqil namizəd Nikuşor Dan 54,1 faiz səs toplayıb.
Trend-in məlumatına görə, Rumınların Birləşməsi uğrunda millətçi Alyansın lideri Corce Simion 45,9% səs toplayıb.
Bu exit-poll məlumatları seçki məntəqələri saat 21:00-da bağlandıqdan dərhal sonra Şəhər və Regional Sosiologiya Mərkəzi tərəfindən açıqlanıb. Avangarde Sosial Davranış Tədqiqat Qrupunun keçirdiyi digər exit-poll nəticələrinə görə, N.Dan 54,9%, C.Simion isə 45,1% səs toplayıb.