Bakı. Trend:
ABŞ-nin Havay adalarında Kilauea vulkanında növbəti püskürmə epizodu baş verib
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu vulkanın cari püskürməsi ərzində baş verən sayca 23-cü epizoddur. Son püskürmə nəticəsində 300 metrə yaxın yüksəkliyə lava sıçrayışı qeydə alınıb.
Kilauea Havay adalarında aktiv vulkandır. Havay adasının cənub-şərq sahilində yerləşir. Vulkanın yaşı 210.000 ilə 280.000 il arasındadır.