Bakı. Trend:
Dünyaca məşhur aktyor və döyüş sənətləri ustası Çeki Çan karate idman növü üzrə fəxri “qara kəmər”lə təltif olunub.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Karate Federasiyası (WKF) məlumat yayıb.
Təltifetmə mərasimi “Karateçi oğlan: Əfsanə” filminin Nyu-Yorkda keçirilən premyerası zamanı baş tutub. Ceki Çana qara kəməri WKF baş katibi Toşihisa Naqura şəxsən təqdim edib.
Qeyd edək ki, Ceki Çan 2017-ci ildə kinematoqrafiya sahəsinə verdiyi töhfələrə görə fəxri “Oskar” mükafatına layiq görülmüşdü.