...

İlon Mask Donald Trampdan üzr istəyib

Dünya xəbərləri Materials 11 İyun 2025 13:57 (UTC +04:00)
İlon Mask Donald Trampdan üzr istəyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampı tənqid edən amerikalı sahibkar İlon Mask bəzi hallarda həddini aşdığını etiraf edib.

Trend xəbər verir ki, İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.

“Ötən həftə Prezident Donald Trampla bağlı bəzi yazılarımdan təəssüflənirəm. Həmin yazılarda həddimi aşmışam”, - deyə sahibkar bildirib.

Xatırladaq ki, ötən həftə “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu ABŞ dövlət başçısı ilə bağlı bir sıra postlar dərc edib. Mask onlardan birində Ağ ev rəhbərinin impiçmenti ideyasını dəstəklədiyini yazıb.

Bu yaxınlaradək ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Maskla dövlət başçısı Donald Tramp arasında fikir ayrılığına Respublikaçılar partiyası tərəfindən hazırlanan büdcə barədə qanun layihəsi səbəb olub. Sahibkar layihədə çox sayda izafi xərclərin olduğunu və bunun dövlət borcunun daha sürətlə artmasına gətirib çıxaracağını bildirib.

Arasında yaranan gərginlikdən sonra Donald Tramp milyarderlə dostluğunun başa çatdığını elan edib.

Xəbər lenti

Xəbər lenti