Bakı. Trend:
İranın cənubunda yerləşən Buşehr vilayətində Kave Metanol Şirkətinin neft-kimya zavodunda baş verən yanğın nəticəsində 3 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Buşehr vilayəti fövqəladə hallar idarəsinin baş direktoru Kuruş Dehqan yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Dehqan qeyd edib ki, hadisə metanol anbarına yan almış gəmidə qaynaq əməliyyatı zamanı baş verib və hadisəyə səbəb qaynaqçıların ehtiyatsızlığı olub.
İranlı rəsmi yanğının söndürüldüyünü və hazırda soyutma əməliyyatının aparıldığını deyib.