...

Zəif şifrə 158 illik tarixi olan şirkətin süqutuna səbəb oldu

Dünya xəbərləri Materials 21 İyul 2025 20:02 (UTC +04:00)
Zəif şifrə 158 illik tarixi olan şirkətin süqutuna səbəb oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyada bir zəif şifrə kibercinayətkar dəstənin 158 illik tarixi olan şirkəti məhv etməsinə və 700 nəfərin işsiz qalmasına səbəb olub.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hakerlər KNP şirkətinin bir əməkdaşının olduqca asan parolunu təxmin edərək şirkətin kompüter sisteminə daxil ola biliblər. Bundan sonra onlar şirkətin bütün məlumatlarını şifrələyərək, daxili sistemləri bloklayıblar.

“Akira” adlı haker dəstəsi şirkətin təhlükəsizlik sistemini sındırıb şifrələdikdən sonra işçilər biznesin idarə olunması üçün zəruri olan məlumatlara çıxış imkanını itiriblər.Kibercinayətkarlar şifrənin aradan qaldırılması üçün şirkətdən iri məbləğdə pul tələb ediblər.

Hakerlərin tələb etdiyi məbləğin 5 milyon funt sterlinqə yaxın olduğu ehtimal edilir. KNP bu qədər vəsaitə sahib olmadığından nəticədə, bütün məlumatlar itdi və şirkət fəaliyyətini dayandıraraq bağlandı.

Qeyd edək ki, KNP - Nortemptonşayr nəqliyyat şirkəti virtual hücum qurbanı olmuş on minlərlə Britaniya şirkətindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti