...

Fransanın ordu baş qərargah rəisi istefaya göndərilib

Dünya xəbərləri Materials 23 İyul 2025 17:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Tyerri Burkhard tutduğu vəzifədən azad edilib.

Trend bu barədə Fransa KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Emmanuel Makronun sərəncamı ilə boş qalmış posta Fransa hərbi hava qüvvələrinin generalı Fabyen Mandon gətirilib.

Ölkənin müdafiə naziri Sebastyen Lekornü öz X səhifəsində Burkhardı göstərdiyi xidmətlərə görə, o cümlədən “təhdidləri aydın şəkildə görməsi və təhdidlərə qarşı mübarizə aparmaq üçün Fransa Silahlı Qüvvələrini daim uyğunlaşdırmaq səylərinə görə” təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti