Bakı. Trend:
Gürcüstanın görkəmli kinorejissoru, SSRİ Xalq artisti Eldar Şengelaya vəfat edib.
Trend xəbər verir ki, bu barədə Nato Vaçnadze fondu öz FB hesabına məlumat paylaşıb.
Eldar Şengelaya 92 yaşında öz vətənində ölüb. Onun rəsmi ölüm səbəbi hələlik açıqlanmır.
Şengelaya kino sənətinə ötən əsrin 50-ci illərində qədəm qoyub. Onun ən böyük işləri arasında “Ağ karvan”, “İnanılmaz sərgi”, “Qəribə adamlar” filmlərini göstərmək olar. 2018-ci ildə “Kreslo” bədii filminə görə MDB və Baltika bölgəsinin ən yaxşı filmi nominasiyasında “Nika” mükafatına layiq görülüb.
İncəsənət sahəsinə verdiyi töhfələrinə görə o, Sovet dövründə SSRİ Xalq artisti adını qazanmışdı.