Bakı. Trend:
Fransanın Ribot şəhərinin (Od departamenti) yaxınlığında meşə yanğını başlayıb.
Trend-in məlumatına görə, bu barədə bölgə prefekturası "X" sosial şəbəkəsində bildirib.
"Ribot şəhərinin ərazisində güclü yanğın baş verib. Onun söndürülməsi üçün mühüm qüvvələr səfərbər edilib", - deyə qeyd olunub.
"BFMTV" kanalı bildirib ki, təbii fəlakət yerinə 430-dan çox yanğınsöndürən göndərilib.
Prefekturadan bildirilib ki, yanğın söndürülməsi səbəbindən ərazidə yollar bağlanıb.