...

Peru məhkəməsi keçmiş prezident Vizkarranı həbs edib

Dünya xəbərləri Materials 14 Avqust 2025 07:26 (UTC +04:00)
Peru məhkəməsi keçmiş prezident Vizkarranı həbs edib

Bakı. Trend:

Peru məhkəməsi korrupsiyada ittiham olunan sabiq prezident Martin Vizkarraya 5 ay həbs cəzası verib.

Trend-in məlumatına görə, bu barədə Peru Məhkəməsinin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"Məhkəmə keçmiş prezident Martin Vizkarra Kornexonu rüşvət almaqda şübhəli bilinərək 5 aylıq həbs-qətimkan tədbiri seçib", - deyə qeyd olunub.

İstintaqın məlumatına görə, Vizkarra Mokequa departamentinin qubernatoru olduğu müddətdə (2011-2014) müxtəlif layihələrin həyata keçirilməsi üçün tenderlərdə iştirak edən şirkətlərdən rüşvət alıb. Baş Prokurorluq onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vizkarra özünü təqsirli bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti