Bakı. Trend:
Uorik və Monaş universitetlərinin alimləri yeni antibiotik – metilenomisin C laktonu kəşf ediblər. Sözügedən antibiotik on illiklər ərzində ən çox tədqiq edilən bakteriyalardan biri olan “Streptomyces coelicolor”la bağlı sınaqlarda diqqətdən kənarda qalıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“Journal of the American Chemical Society” (JACS) jurnalında dərc olunan bu kəşf tibb elmi sahəsində böyük tərəqqqiyə yol aça bilər.
Məlum olub ki, bu birləşmə tanınmış “metilenomisin A” antibiotikindən 100 dəfə daha təsirlidir və MRSA və VRE kimi təhlükəli qram-müsbət bakteriyalara qarşı yüksək effektivlik göstərir.
Tədqiqatçılar bu maddəyə təsadüfən rast gəliblər - onlar metilenomisin sintezinin ara mərhələlərini öyrənərkən bu birləşməni kəşf ediblər. Aparılan sınaqlar göstərib ki, yeni maddənin təsirinə demək olar bir ay məruz qalan bakteriyalar dayanıqlılıq rezistentlik inkişaf etdirə bilməyiblər. Bu isə müasir tibb üçün son dərəcə nadir və mühüm xüsusiyyətdir.
