...

Yerdə yüngül maqnit qasırğası başlayıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 16:19 (UTC +04:00)
Yerdə yüngül maqnit qasırğası başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Alimlərin bir neçə gün əvvəl proqnozlaşdırdığı yüngül maqnit qasırğası başlayıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, hazırda Yer kürəsinə müşahidə olunan maqnit qasırğasının dərəcəsi (qüvvəsi) beş pilləli şkala üzrə G1 səviyyəsindədir. Bu şkalada G5 “həddindən artıq güclü”, G1 isə “zəif” səviyyəni ifadə edir.

Bu gün müşahidə olunan pozulmalar əvvəlcədən orta səviyyədə proqnozlaşdırılmışdı və hazırda da bu proqnoza uyğundur. Qasırğa G1 – yəni aşağı səviyyədə qeydə alınıb və onun maksimum G2-yə qədər yüksəlməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti