Bakı. Trend:
Serbiyada terror təhdidi ilə əlaqədar ölkənin bütün dəmir yolu reysləri dayandırılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin dəmir yollarının mətbuat xidməti bəyanat yayıb.
Məlumata görə, terror hücumunun hazırlanması ilə bağlı informasiya Novi-Sad faciəsinin ildönümü ərəfəsində daxil olub.
Potensial terror hücumunda konkret hansı obyektlərin hədəfə alındığı və digər təfərrüatlar barədə məlumat verilmir.
 
                                    