...

Gürcüstan Avronest sessiyalarında iştirakdan imtina edib

Dünya xəbərləri Materials 1 Noyabr 2025 12:45 (UTC +04:00)
Gürcüstan Avronest sessiyalarında iştirakdan imtina edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan ölkəyə olan ədalətsiz münasibətə görə “Avronest” Parlament Assambleyasının növbəti sessiyalarında iştirak etməyəcək.

Trend xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili rəsmi “X” səhifəsində yazıb.

Papuaşvilinin sözlərinə görə, “Avronest”in son plenar iclasında bir sıra qətnamələr qəbul olunub ki, Gürcüstanın daimi nümayəndə heyəti onların qəbulunda iştirak etməyib.

O bildirib ki, bu sənədlər “Şərq tərəfdaşlığı” təşəbbüsünün gələcək inkişafına dair baxışı, həmçinin Aİ üzv dövlətləri arasında dialoq və tərəfdaşlığın təşviqini əhatə etməli idi. Lakin Avropa Parlamentinin bəzi üzvləri qətnamə mətnlərinə Tbilisi üçün tamamilə qəbuledilməz və hiddətə səbəb olan müddəalar əlavə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti