...

Maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Dünya xəbərləri Materials 3 Dekabr 2025 14:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşin tacında yaranmış boşluq və “X” sinifindən olan partlayışla əlaqədar bu gün (3 dekabr) maqnit qasırğası gözlənilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Rəqəmsal Tədqiqatlar İnstitutu məlumat yayıb.

“2025-ci ilin dekabr ayının ilk maqnit qasırğası bu gün, dekabrın 3-ə gözlənilir. Bunun səbəbi Yerə bir neçə faktorun eyni anda təsir etməsidir: söhbət Günəş diskinin mərkəzi hissəsində müşahidə olunan növbəti tac dəliyi və 1 dekabrda baş vermiş X səviyyəli partlayışdan sonra meydana gələn plazma tullantısından gedir”,-məlumatda qeyd olunur.

Proqnozlara görə, maqnit sahəsindəki pozuntular orta G2 səviyyəsini keçməməlidir, amma kifayət qədər uzun davam edə bilər. Bundan əlavə, şimal və cənub qütblərində qütb şəfəqlərinin yaranma ehtimalı yüksəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti