Bakı. Trend:
Polşa Ukraynaya silahlanmadan çıxarılan “MiQ-29” qırıcılarını ötürmək niyyətindədir. Bunun əvəzində Ukrayna Varşavaya raket və dron istehsalı texnologiyalarını təqdim etməlidir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.
Məlumata görə, qırıcıların verilməsi onların müəyyən olunmuş istismar müddətini tamamlaması ilə bağlıdır və Polşa ordusunda onların bundan sonra modernləşdirilməsi perspektivi yoxdur.
Polşa Silahlı Qüvvələrinin Baş Qərargahından vurğulanıb ki, bu addım Ukraynanın müttəfiqləri siyasətinin bir hissəsidir və ölkəyə dəstək göstərmək, təhlükəsizliyini təmin etmək məqsədini güdür.
Polşada hərbi arsenaldan çıxarılmış “MiQ-29”ların “F-16” və “FA-50” təyyarələri ilə əvəzlənəcəyi gözlənilir.
