...

Çexiya artıq Ukraynaya dövlət büdcəsindən vəsait ayıra bilməyəcək

Dünya xəbərləri Materials 3 Yanvar 2026 08:23 (UTC +04:00)

Bakı. Trend:

Çexiya Ukraynaya kredit üçün zamin olmadı, çünki ölkənin özündə vəsait çatışmır.

Trend-in məlumatına görə, bu barədə Çexiyanın baş naziri Andrey Babiş "Denik" portalına müsahibəsində deyib.

"Artıq Çexiya büdcəsindən Ukraynaya pul ayıra bilmirik, çünki məktəb aşpazları üçün belə kifayət qədər vəsaitimiz yoxdur", - deyə A.Babiş bildirib.

O qeyd edib ki, Çexiya məhz buna görə Ukraynaya 90 milyard avro məbləğində kredit verməkdən imtina edib.

"Zəmanət əslində borcdur, çünki Ukraynanın bu pulu heç vaxt geri qaytara bilməyəcəyi açıq-aydındır", - deyə baş nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti