...

İran Pakistana təşəkkür etdi

Dünya xəbərləri Materials 24 Yanvar 2026 12:06 (UTC +04:00)
İran Pakistana təşəkkür etdi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Cenevrədə keçirilən BMT İnsan Haqları Şurasında sərgilədiyi mövqeyə görə Pakistana təşəkkür edib.

Trend-in məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin “X” platformasındakı hesabında paylaşım edilib.

Paylaşımda bildirilir ki, İran xarici işlər naziri Seyid Abbas Əraqçi və Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

İranlı nazir BMT İnsan Haqları Şurasında İranla bağlı qətnaməyə səs verməyə və lehinə səs verməyə çağırış etdiyinə görə Pakistana təşəkkürünü bildirib.

Telefon söhbətində nazirlər mövcud regional və beynəlxalq hadisələr haqda fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ötən gecə BMT İnsan Haqları Şurasında İran əleyhinə qətnamə səsverməyə çıxarılıb. Bu qətnamə 25 lehinə, 14 əleyhinə və 7 bitərəf səslə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti