Bakı.Trend:
ABŞ-də son bir neçə gün ərzində baş vermiş güclü qar çovğunu nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər veirr .
Məlumata görə, ölüm hallarının təxminən yarısı ölkənin cənub-şərqində yerləşən Tennessi, Missisipi və Luiziana ştatlarında qeydə alınıb. İnsanların həlak olmasının əsas səbəbləri sırasında hipotermiya, isinmək məqsədilə od qalayarkən dəm qazından zəhərlənmə, əlverişsiz hava şəraiti ilə bağlı yol-nəqliyyat hadisələri, eləcə də qarın əl ilə təmizlənməsi zamanı baş verən ürək tutmaları göstərilir.
Təbii fəlakət ABŞ-də 200 milyondan çox sakinin güzəranına təsir edib, bəzi ərazilərdə qarın hündürlüyü 50 santimetrdən çox olub. Mənfi hava şəraiti səbəbindən ötən həftəsonundan etibarən ölkə üzrə on minlərlə aviareys ləğv edilib.
