...

ABŞ Səudiyyə Ərəbistanına 9 milyard dollarlıq "Patriot" ZR komplekslərinin satışını təsdiqləyib

Dünya xəbərləri Materials 31 Yanvar 2026 10:40 (UTC +04:00)
ABŞ Səudiyyə Ərəbistanına 9 milyard dollarlıq "Patriot" ZR komplekslərinin satışını təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 9 milyard dollar dəyərində “Patriot” tipli zenit-raket kompleksləri və əlaqədar avadanlıqların mümkün satışını təsdiqləyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Pentaqonun açıqlamasına görə, “Patriot Advanced Capability-3 Missile Segment Enhancement” (PAC-3 MSE) tipli raketlərin satışında əsas podratçı “Lockheed Martin” şirkəti olacaq.

Məlumata görə, Dövlət Departamentinin bu qərarı Səudiyyə Ərəbistanının 730 ədəd “PAC-3 MSE” raketi almaq üçün etdiyi müraciətindən sonra verilib.

Pentaqon əlavə edib ki, təklif olunan satış Yaxın Şərqdə hərbi balansı dəyişməyəcək və ABŞ-ın müdafiə hazırlığına mənfi təsir göstərməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti