...

Yaponiyada əlverişsiz hava şəraiti ilə əlaqədar ölənlərin sayı 29 nəfərə çatıb

Dünya xəbərləri Materials 31 Yanvar 2026 12:40 (UTC +04:00)
Yaponiyada əlverişsiz hava şəraiti ilə əlaqədar ölənlərin sayı 29 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın bölgələrinə bu qış mövsümündə düşən qar səbəbindən ən azı 29 nəfər həlak olub, təxminən 300 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend bu barədə xarici KİV-ə isitnadən xəbər verir.

Ən yüksək ölüm halları Niigata prefekturasında baş verib; yerli hakimiyyətlərin 29 yanvar məlumatına görə burada 12 nəfər həlak olub, əlavə olaraq 94 nəfər xəsarət alıb. Ölüm hallarına görə ikinci yerdə Akita prefekturası gəlir; 10 yanvardan 30 yanvara qədər olan dövrdə burada 8 nəfər həyatını itirib və əlavə 79 nəfər yaralanıb.

Hokkaydo adasında isə yerli polis məlumatlarına görə, yanvar ayında 5 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti