...

BMT iyul ayına kimi müflis ola bilər – Quterreş

Dünya xəbərləri Materials 31 Yanvar 2026 16:43 (UTC +04:00)
BMT iyul ayına kimi müflis ola bilər – Quterreş
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı müflisləşmə təhlükəsi ilə üz-üzədir və iyul ayına kimi maliyyə ehtiyatları tükənə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş Katibi Antonio Quterreş xəbərdarlıq edib.

BMT-nin baş katibi Antonio Quterreş ölkələri ödənişlərini vaxtında həyata keçirməyə çağırıb. Baş katibin sözlərinə görə, BMT üzv dövlətlərin bəzilərinin məcburi töhfələrini tam şəkildə ödəməməsi, digərlərinin isə vaxtında ödəməməsi səbəbindən xroniki büdcə problemləri ilə üzləşir, bu isə təşkilatı işə qəbul prosesini dayandırmağa və ixtisarlar etməyə məcbur qoyur.

“Ya bütün üzv dövlətlər öhdəliklərini tam və vaxtında yerinə yetirməli , ya da üzv dövlətlər gözlənilən maliyyə çöküşünün qarşısını almaq üçün maliyyə qaydalarımızı köklü şəkildə yenidən nəzərdən keçirməlidirlər,” – Quterreş bildirib

BMT-nin məlumatına görə, 2025-ci ilin sonunda təxminən 1,6 milyard dollar məbləğində ödənilməmiş töhfələr qeydə alınıb ki, bu da 2024-cü illə müqayisədə iki dəfədən çoxdur, hərçənd 150-dən çox üzv dövlət öz ödənişlərini həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti