...

Norveçin sabiq baş naziri "Epşteyn sənədləri" işi üzrə mühakimə olunacaq

Dünya xəbərləri Materials 6 Fevral 2026 10:54 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveçin İqtisadi və Ekoloji Cinayətlər üzrə İdarəsi (“Ekokrim”) Norveçin keçmiş baş naziri (1996–1997-ci illər) və Avropa Şurasının baş katibi (2009–2019-cu illər) olmuş Torbyorn Yaqland barəsində korrupsiya şübhəsi ilə istintaqa başlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qurumun mətbuata açıqlamasında bildirildiyinə görə, araşdırma amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin dərcindən sonra başlanıb.

Norveç KİV-lərində yayılan məlumata görə, Yaqland Epşteynlə mütəmadi ünsiyyətdə olub. Xüsusən 2014-cü ildə ailəsi ilə birlikdə maliyyəçinin şəxsi adasına səfər etməyi planlaşdırsa da, səfər sonradan ləğv edilib.

Həmin ildə o, şəxsi yaşayış yerinin alınmasının maliyyələşdirilməsi üçün Epşteyndən kömək istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti