...

Yerdə rekord sayda maqnit qasırğası olub

Dünya xəbərləri Materials 10 Fevral 2026 20:35 (UTC +04:00)
Yerdə rekord sayda maqnit qasırğası olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayında 2017-ci ildən bəri maksimum sayda maqnit qasırğalarının olduğu günlər qeydə alınıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Laboratoriyanın məlumatına görə, 2026-cı ilin başlanğıcı onu deməyə əsas verir ki, bu il son 10 il ərzində ən fəal geomaqnit il ola bilər. Təkcə yanvar ayında 10 gün maqnit qasırğaları qeydə alınıb ki, bu da Günəşin 25-ci fəallıq dövrü ərzində maksimum göstərici olmaqla yanaşı, 2017-ci ilin sentyabr ayından bəri ən yüksək səviyyədir.

Qeyd olunur ki, maqnit qasırğalarının əsas mənbəyi koronal dəliklər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti