Bakı. Trend:
Özbəkistanda ölkənin Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutu nəzdində Radioaktiv Tullantıların Saxlanma Mərkəzi yaradılacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin müvafiq sərəncamının mətni ölkə qanunvericiliyinin milli məlumat bazasının saytında dərc olunub.
Qeyd edilib ki, sənəd respublikada radioaktiv tullantıların beynəlxalq standartlar əsasında basdırılmasının əlaqələndirilməsi və ətraf mühitin radioaktiv çirklənmədən qorunması sisteminin daha da təkmilləşdirilməsi məqsədilə qəbul edilib.
Dövlət müəssisəsi respublikada tullantıların daşınması, qəbulu, çeşidlənməsi və təhlükəsiz saxlanması üzrə xidmətlər göstərən yeganə qurum olacaq. Qərara əsasən, mərkəzdə həmçinin elmi tədqiqatlar aparılacaq və radioaktiv tullantılarla işlənmənin yeni üsulları hazırlanacaq.
