"Binance" bəzi kriptoaktivlər üzrə vəsaitlərin çıxarılmasını bərpa edib

Yaşıl iqtisadiyyat Xəbər 1 Noyabr 2026 16:02 (UTC +04:00)
"Binance" bəzi kriptoaktivlər üzrə vəsaitlərin çıxarılmasını bərpa edib

Bakı. Trend:

"Binance" kriptovalyuta birjası bəzi aktivlər üzrə vəsaitlərin çıxarılmasını bərpa edib.

Bu barədə kriptobirjanın “Telegram” kanalında məlumat verilib.

“Hazırda aşağıdakı şəbəkələr və aktivlər üzrə vəsaitlərin çıxarılması bərpa olunub: BTC: BTC; ETH: ETH, USDT, USDC; BSC: BNB, USDT, USDC; XRP: XRP; Base: ETH, USDC; DOGE: DOGE; OP (Optimism): ETH, USDT, USDC; ARBITRUM: ARB, ETH, USDT, USDC; TRX: TRX, USDT”, – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, təhlükəsizlik yoxlamaları başa çatdıqca birja əlavə aktivlər və şəbəkələr üzrə dəstəyi mərhələli şəkildə bərpa etməyə davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti