...

Türkiyənin energetika naziri: Türkiyə Rusiya ilə energetika sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir

Dünya xəbərləri Materials 29 Mart 2006 11:52 (UTC +04:00)

Türkiyə energetika sahəsində Rusiya, Qafqaz və Xəzəryanı dövlətlərlərlə əməkdaşlığa böyük əhəmiyyət verir. Trend bildirir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Güler bu gün Ankarada Xəzər regionunun neft və qazı üzrə Konfransında bu barədə bəyan edib. O, qeyd edib ki, 20-30 ildən sonra Avropa Birliyinin enerji ehtiyatları idxalına olan tələbatı 70%-dək artacaq. "Bu baxımdan müxtəlif istiqamətlərdə neft və qaz mənbələrinin olması, o cümlədən ixracatçı olan regional ölkələrlə əməkdaşlıq vacibdir. Bu tədbirlərin məqsədi Türkiyəni enerji ehtiyatlarının tranzitçisi olan iri regional ölkəyə çevirməkdir" -deyə Güler qeyd edib. Forum dördüncü dəfədir ki, Türkiyədə keçirilir. Dəvət olunanlar arasında Əfqanıstan, Pakistan, Hindistan və Gürcüstanın energetika nazirləri, iri yanacaq şirkətlərinin nümayəndələri, Xəzər regionu ölkələrindən olan mütəxəssislər vardır. Konfransda Rusiyanı xüsusi tapşırıqlar üzrə səfir, RF XİN-in Xəzər üzrə işçi qrupunun rəhbəri Aleksandr Qolovin təmsil edir. "İTAR-TASS" bildirir ki, ikigünlük konfransın məqsədi energetika sahəsində birgə layihələrin gerçəkləşdirilməsində dövlətlər arasındakı əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də regionda vahid energetika siyasətinin işlənib hazırlanmasıdır.

Xəbər lenti

Xəbər lenti