...

İran neft ixracını dayandırarsa, Beynəlxalq Energetika neft çatışmazlığını aradan qaldırmağa hazırdır

Dünya xəbərləri Materials 19 Aprel 2006 15:08 (UTC +04:00)

Beynəlxalq Energetika Agentliyinin (BEA) rəhbəri Klod Mandilin bildirdiyinə görə, agentlik İrandan xam neft ixracatının dayandırıldığı halda, neft çatışmazlığını aradan qaldıra bilər.

Trend agentliyinin məlumatına əsasən, Fransanın RFI radiostansiyasında çıxış edən K.Mandil ildirib ki, neft qiymətlərinin yüksək olması dünya iqtisadiyyatının inkişafı baxımından pis xəbərdir.

Çərşənbə günü neftin dəyəri Asiyadakı hərracda rekord həddən aşağı düşüb, lakin İran neftinin ixracatı ilə bağlı narahatlıq üzündən bir barelə görə 71 dollar həddində qalıb.

Dünya ictimaiyyətinin təzyiqinə baxmayaraq, Tehran uranın zənginləşdirilməsini dayandırmaq istəmir. Dünya ölkələri ABŞ-ın İrana zərbə edirməyə hazırlaşdığını ehtimal edir. Amerika prezidenti Corc Buş bəyanatında bildirib ki, bunu istisna etmir. Bu barədə "Röyter" agentliyi xəbər verir.

Xəbər lenti

Xəbər lenti