...

Qazaxıstanın Milli Atom Şirkəti uran hasilatını 19% artırmaq niyyətindədir

Dünya xəbərləri Materials 19 Aprel 2006 16:24 (UTC +04:00)

Qazaxıstanın Milli Atom Şirkəti "Kazatomprom" 2006-cı ildə təbii uran hasilatını 5 min tona çatdırmaq niyyətindədir. Qeyd edək ki, ötən il bu rəqəm 4,2 min ton təşkil edib. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərə şirkətin prezidenti Muxtar Cakişev Kiyevdə "Nüvə yanacağının istehsalı üzrə Ukrayna-Qazaxıstan-Rusiya müəssisələri" QSC səhmdarlarının toplantısında bəyan edib. O, şirkətin 2010-cu ilə kimi illik uran hasilatının 15 min tona çatdırılması barədə planlarını təsdiqləyib.

Əvvəl məlumat verildiyi kimi, Qazaxıstan 2010-cu ilə kimi uran hasilatı üzrə dünyada lider olmaq niyyətindədir. Bu vəzifənin yerinə yetirilməsi üçün ölkənin cənubunda Yaponiya və Rusiya şirkətləri ilə birgə işləyən 7 yeni müəssisənin istismarına başlanması niyyətindədir.

Hazırda Qazaxıstan dünyada uran hasilatına görə Kanada və Avstraliyadan sonra üçüncü yeri tutur. Bu faydalı qazıntının ehtiyatlarının həcminə görə respublika yalnız Kanadadan geri qalır. Bu barədə "RBK-Ukraina" məlumat verib.

Xəbər lenti

Xəbər lenti