...

İran bu il neft qiymətinin artımını bir barelə görə 100 dollar səviyyəsində proqnozlaşdırır

Dünya xəbərləri Materials 2 May 2006 17:24 (UTC +04:00)

İranın neft naziri Nadi Necad-Hosseynianın bildirdiyinə görə, dünya bazarlarında enerji resurslarına tələbatın artdığı bir şəraitdə neftin qiyməti bir barelə görə 100 dollara çata bilər.

"Bloomberg" agentliyi xəbər verir ki, İran naziri Hindistanın neft naziri ilə görüşündə bunun mumkün olduğunu qeyd edib. "Bazarda tələb təklifi üstələyir, təklif isə yaxın gələcəkdə arta bilməz" - deyə Necad-Hosseynian vurğulayıb.

Trend agentliyi xəbər verir ki, 4-cü enerji istehsalçısı İrandan nəql olunan enerji ilə bağlı narahatlıq üzündən çərşənbə axşamı Nyu-York mal birjasında (NYMEX) neftin qiyməti bir barelə görə 73 dolları keçib. Bu barədə "İnterfaks" xəbər verib.

Xəbər lenti

Xəbər lenti