...

Polşanun müdafiə naziri və Gürcüstanın xarici işlər naziri strateji tərəfdaşlıq məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 11 May 2006 19:52 (UTC +04:00)

Polşanın müdafiə naziri Radoslav Sikorskiy Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili ilə görüşüb. Tərəflər ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin formalaşdırılmasını müzakirə edib.

"Polşa Gürcüstanla nəinki NATO-ya inteqrasiya, həm də islahatların keçirilməsi və Avropa Birliyi ilə əməedaşlıq sahəsilərindəki təcrübəsilə də bölüşməyə hazırdır" - deyə o bildirib.

Trend agentliyi xəbər verir ki, G.Bejuaşvilinin sözlərinə görə, Gürcüstan üçün Polşanın AB və Avropa bazarlarına çıxış təcrübəsi də vacibdir.

Polşa nazirinin dediklərinə görə, Gürücstanın demokratik dəyərlərə sadiq qalması çox vacibdir.

Görüşdə həmçinin gərginləşmiş Gürcüstan-Rusiya münasibətlərinə də toxunulub. Gürcüstan naziri bildirib ki, gürcü məhsullarına qoyulan qadağa siyasi xarakter daşısa da, Tbilisi Rusiya ilə mehriban qonşuluq əlaqələrini davam etdirmək arzusundadır.

Tərəflər həmçinin Gürcüstanın Polşa ilə hərbi ticarət imkanlarını nəzərdən keçirib. Bu barədə "Praym-Nyus" xəbər verib.

Xəbər lenti

Xəbər lenti