İçərisində 500 rus sülhməramlısının olduğu avtomobillər şənbə günü RF sərhədinə çatıb. Bu barədə Rusiya KİV məlumat verir.
Sülhməramlılar Sxinvalidən bu gün səhər saat 05.30-da çıxıb və artıq "Aşağı Zaramaq" buraxılış məntəqəsinə çatıb.
Hazırda gürcü-osetin münaqişə zonasında 500 rus sülhməramlısı var.
Rus sülhməramlılar kontingentinin rotasiyası mayın 30-da başlayıb və iyunun 2-də başa çatıb.
Münaqişələrin nizamlanması məsələləri üzrə dövlət naziri Georgi Xaindrava ötən cümə günü keçirilmiş mətbuat konfransında bəyan edib ki, "Rusiya faktiki olaraq Sxinvali regionunda münaqişənin güc tətbiq etməklə həlli planını gerçəkləşdirməyə başlayıb və artıq çoxdandır ki, bu barədə təkcə Rusiya mətbuatı deyil, ölkənin rəsmi nümayəndələri də danışır.
"Rotasiyanın başa çatmasına 3 saat vaxt qalıb. Sxinvalidə isə kvota ilə yol veriləndən iki dəfə çox rus hərbi qulluqçusu var", - deyə G.Xaindrava qeyd edib.
Sülhün qorunması üçün Rusiya, Osetiya və Gürcüstan batalyonlarının tərkibindəki qarışıq qüvvələr Gürcüstan-Osetiya münaqişə zonasına 1992-ci ildə daxil edilib. Bu barədə Praym-Nyus xəbər verir.