...

ABŞ gürcü gömrükxana xidmətçiləri və sərhədçilərinə texniki yardım göstərəcək

Dünya xəbərləri Materials 6 İyun 2006 15:18 (UTC +04:00)

ABŞ hökümətinin Gürcüstan sərhəd və gömrük departamentlərinə texniki yardım mərasimi çərşənbə axşamı bu öleənin Tbilisidəki səfirliyində keçiriləcək.

Trend in ABŞ səfirliyindəki Praym-Nyusa əsasən verdiyi xəbərə görə, gürcü gömrükxana xidmətçiləri və sərhədçiləri 50 ədəd kompüter, 20 ədəd noutbuk və 250 min dollar məbləğində ofis texnikası alacaqlar.

Yardım sərhəddə gömrük və sərhəd nəzarətini yaxşılaşdırmağa, prosedurları daha şəffaf etməyə və xüsusi informasiya bazaları yaratmağa imkan verəcək.

Yardım gürcü sərhəddinin təhlükəsizliyinin təmin olunması və qanuniliyin möhkəmlənməsi üzrə ABŞ höküməti proqramı çərçivəsində verilir.

Son 8 il ərzində sərhəd və gömrük departamentləri bu proqram çərçivəsində 158 milyon dollar həcmində yardım alıblar.

Xəbər lenti

Xəbər lenti