...

Putin: İslam dünyası ilə münasibətlərin inkişafı Rusiyanın prioritetlərindən biridir

Dünya xəbərləri Materials 7 İyun 2006 19:18 (UTC +04:00)

Rusiya islam dünyası ilə münasibətlərin inkişafında xarici siyasətin prioritetlərindən birini görür. Bu barədə Vladimir Putin İslam Konfransı Təşkilatının (İKT) baş katibi Əkmələddin İhsanoğlu ilə Kremldəki görüşündə bildirib.

Trend in "Vesti"yə əsasən verdiyi xəbərə görə, Putin bildirib: "Rusiyanın müsəlman dövlətləri ilə münasibətlərinin inkişafı RF xarici siyasətinin prioritetlərindən biridir. Bizim birgə işimiz bu gün bəşəriyyətin qarşılaşdığı mürəkkəb problemlərin həlli üçün çox şey edə bilər".

Prezident bildirib ki, Rusiya dünyanın dini əlamətə görə bölünməməsinə imkan verməmək üçün əlindən gələni edir. Putin deyib: "Dini prinsiplərə görə yenə də dünyanı bölmək cəhdi bizə çox təhlükəli görünür". Rusiya dövlətinin başçısı qeyd edib: "Bizim fikrimizcə, dünyanın konfessional prinsiplər üzrə bölünməsi onun ideoloji prinsiplər üzrə bölünməsindən daha təhlükəlidir".

Əkmələddin İhsanoğlu bildirib ki, İKT İraqda tutulan Rusiya diplomatlarının azadlığa buraxılması üçün yardım göstərə bilər. O bildirib: "Biz bunu pisləyirik və hesab edirik ki, bu bəşəriyyətə, islama, dünya hüququnun istənilən prinsipinə, islam və ərəb qonaqpərvərlik ənənələrinə qarşı cinayətdir".

Xəbər lenti

Xəbər lenti