...

Rusiya Hindistana dinc atomun perspektiv bazarı kimi yanaşır

Dünya xəbərləri Materials 8 İyun 2006 13:12 (UTC +04:00)

Hindistan höküməti Bihar ştatında atom elektrik stansiyasının tikintisi haqqında qərarı təsdiq edib. Bu barədə cümə axşamı PTİ agentliyi xəbər verib.

Trend in RİA Novosti-yə əsasən verdiyi xəbərə görə, ehtimal olunan 2 min MVt gücə malik atom stansiyası üçün meydança hələ qəti olaraq seçilməyib, xüsusi komissiya üç rayonu - Nauada, Qaya və Auranqabadı öyrənir və layihənin texniki əsaslarını tezliklə təqdim edəcək.

Hindistan höküməti qabaqcadan bildirib ki, yaxın on il ərzində 40 atom reaktoru tikmək fikrindədir və energetikanın inkişafına 100 milyard dollara qədər investisiya cəlb etməyi nəzərdə tutur.

Rusiya atom stansiyasının başçısı Sergey Kiriyenko Rusiyanın köməyi ilə atom elektrk stansiyasının tikildiyi Kudankulamda olarkən bildirib ki, Rusiya Hindistana dinc atomun perspektiv bazarı kimi yanaşır.

Hazırda Hindistan iqtisadiyyatın ildə 10% -a qədər proqnoz edilən artım templəri zamanı elektrik enerjisinə olan tələbatını 90%-dən az ödəyir və bu da enerji sərfinin adekvat artımına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti